İDMAN
“Tour d’Azerbaïdjan-2015” veloyürüşünün təqdimat videoçarxı hazırlanıb VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün təqdimat videoçarxı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda mayın 6-dan 10-dək keçiriləcək 5 günlük yürüşdə velosipedçilərin ümumilikdə 870 kilometr məsafə qət edəcəkləri qeyd olunur. Yarışın proqramına əsasən, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 7-də Qəbələ-Şəki-Qəbələ (180 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutları üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə “Bakı-2015” ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.
“Tour d’Azerbaïdjan-2015” veloyürüşündə iştirakçılar “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.
Videoçarxı https://www.youtube.com/watch?v=S7J-dtMBrxk linkində izləmək olar.