İDMAN
“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib [YENİLƏNİB]
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km) qət edəcəklər. Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komanda iştirak edir ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. Hazırda veloyürüşə Amerikanın “Terenqqanu” komandasından olan Mohd Zamri liderlik edir. “Synergy Baku”-nın heyətində Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Muqerli, Kirill Pozdnyakov və İoannis Tamuridis çıxış edir.
Məlumat üçün qeyd edək ki, idmançılar 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.
Qeyd edək ki, mötəbər idman tədbiri olan bu veloyürüş ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır. Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir.
10:38
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda 18 ölkədən 21 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, biri isə milli komandadır. Velotur 5 mərhələdən ibarətdir və velosipedçilər beş gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 kilometrdən çox məsafə qət edəcəklər.