İDMAN
“Tour d'Azerbaidjan-2017” veloyürüşünün vaxtı müəyyənləşib
Bakı, 28 oktyabr, AZƏRTAC
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d'Azerbaidjan” veloyürüşü gələn il mayın 3-7-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu yarış artıq UCİ-nin 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilib.
Veloturun məhz həmin tarixlərdə keçirilməsi mayın 12-22-də Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları ərəfəsində dünya idman ictimaiyyətinin diqqətinin ölkəmizə bir daha cəlb olunması baxımından gözəl imkandır.
UCİ-nin təqvim planında nüfuzuna görə dünya çempionatından və dünya kuboku yarışından sonra gələn dağ velosipedi üzrə yüksək kateqoriyalı “Champion-Race Azerbaijan” beynəlxalq yarışı da yer alıb. Həmin turnir gələn il oktyabrın 1-də keçiriləcək.
Ötən il “Bakı-2015” birinci Avropa Oyunlarından əvvəl təşkil olunan “Tour d'Azerbaidjan” veloyürüşünün marşrutu Oyunların, eləcə də yarışların keçirildiyi idman qurğularının təbliği baxımından mühüm rol oynamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]