DÜNYA


Tövlə ofisə çevrilib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC 

Belçikanın “Studio Farris” arxitektura studiyasının layihəsi əsasında tövlə çoxfunksiyalı ofisə çevrilib.

AZƏRTAC “arxinovosti” saytına istinadla bildirir ki, burada ofis üçün nəzərdə tutulmuş konfrans zalı, kitabxana və yazı stolları var.

Ofisin daxilində kifayət qədər təbii işıq olsun deyə, divarlarda əlavə pəncərələr açılıb. Bundan əlavə, binanın orijinal fasadı da bərpa olunub.

Bir-birinin üzərinə qoyulmuş taxta bloklar kitab rəflərindən ibarət kitabxana yaratmaqla yanaşı, ofisin yuxarı hissəsinə qalxmaq üçün pilləkən rolunu oynayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.