REGİONLAR
Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu yaxın vaxtlarda istifadəyə veriləcək
Tovuz, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 32 min nəfərin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat, 2015-ci ilin dövlət büdcəsindən isə 4,5 milyon manat vəsait ayrılıb.
Rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Rəşid Həsənov AZƏRTAC-a bildirib ki, uzunluğu 33,8 kilometr olan yolda hamarlama işləri başa çatdırılıb. Yolun 18,8 kilometrində isə əsaslı tikinti işləri görülüb və asfalt döşənib. Bundan əlavə, beş yerdə su keçidləri tikilib. Yolun qalan hissəsində asfaltqoyma işləri görülür. Avtomobil yolunun yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]