REGİONLAR


Tovuz çayı üzərindəki qəzalı körpü bərpa edilib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC 

Tovuz rayonunun Əlibəyli kəndi ərazisində leysan yağışları nəticəsində qəzalı vəziyyətə düşən körpü “Azəravtoyol” ASC tərəfindən bərpa edilib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən körpü 17 kilometr uzunluğunda olan Hacallı-Təpəbaşı avtomobil yolunun 5-ci kilometrində Tovuz çayı üzərində yerləşir. İki aşırımlı dəmir-beton konstruksiyalı körpünün uzunluğu 27 metr, eni isə 7 metrdir.

Aparılmış işlər zamanı körpünün kənar dayaqları bərpa edilib, bünövrəsinə beton məhlul tökülərək bərkidilib, yeni su tənzimləyici qurğular inşa edilib.

Bundan başqa, körpünün yanaşma yollarında da bərpa işləri aparılıb, yeni asfalt-beton örtüyü döşənib.

Körpünün hərəkət hissəsi də əsaslı şəkildə bərpa olunaraq asfaltlanıb, hər iki tərəfdə monolit betonla təkərqaytaranlar inşa edilib və yeni məhəccərlər quraşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.