REGİONLAR


Tovuz: ət, süd və yumurta istehsalında artım qeydə alınıb

A+ A

Tovuz, 10 oktyabr, AZƏRTAC

Tovuz rayonunda heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-sentyabr aylarında heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən 6319,5 ton ət, 29885,4 ton süd və 14 milyon 605 min ədəd yumurta istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət 227,5 ton, süd 762,7 ton, yumurta isə 494 min ədəd çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.