REGİONLAR


Tovuz kümçüləri bu il 9 ton barama istehsal etməyi planlaşdırırlar

Tovuz, 21 may, Famil Quliyev, AZƏRTAC

Tovuzda sakinlər 30 il öncə baramaçılıqla məşğul olublar. Daha sonra isə bu işə maraq azalıb. Ötən ildən sonra təsərrüfat sahibləri yenidən sözügedən sahəyə üz tutublar. Baramaçılıqdan gəlir götürmək üçünsə böyük əmək sərf olunur.

Tovuzlu kümçülər ipəkqurdularını Qaxdan gətiriblər. Onların bəslənməsində artıq müsbət nəticələr əldə edilib. Çünki bu prosesə təcrübəli kümçülər cəlb olunub.

Rayonun Dondar Quşçu kənd sakini kümçü Validə Qasımova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Ötən il bir qutu ipəkqurdundan 86 kiloqram barama istehsal etdim. Gəlirim yaxşı oldu. Bu il isə 2 qutu ipəkqurdu bəsləyirəm. Yüz əlli kiloqrama qədər barama təhvil verəcəyəm. Bu da ailəmizin büdcəsinə xeyli gəlir gətirəcək”.

Cır çəkil ağaclarından yemlənən və yuxu dövrünü arxada qoyan ipəkqurduları üçün gündəlik qida toplanır. Bir qutu qurd gün ərzində təxminən 1 ton yarpaq yeyir. Yüksək səviyyədə qulluq göstərildiyi üçün təbiət canlılarında xəstəlik müşahidə olunmur.

Qeyd edək ki, ötən il tovuzlu kümçülər 2 tona yaxın barama istehsal ediblər. Cari ildə isə 3420 qram ipəkqurduna 79 kümçü tərəfindən qulluq edilir. Bu il rayonda 9 tona yaxın barama istehsalı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.