CƏMİYYƏT
Tovuz rayonunda otlaq sahəsində əl qumbarası aşkarlanıb
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında, Tovuz rayonu Əlimərdanlı kəndində minalardan təmizləmə əməliyyatı aparıblar.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində bir otlaq sahəsinə baxış keçirilib, 1 əl qumbarası “RQN” aşkarlanaraq götürülüb. Ümumilikdə 200 kvadratmetr ərazi yoxlanılıb.
Yanvarın 1-dən aprelin 19-dək agentlik tərəfindən 5132 partlamamış hərbi sursat, tank əleyhinə 103 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi
1 milyon 992 min 674 kvadratmetr ərazi yoxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]