REGİONLAR


Tovuz rayonunda təbii qazdan istifadə edən abonentlərin sayı 31 mini ötüb

A+ A

Tovuz, 26 iyul, AZƏRTAC

Tovuz rayonunda təbii qaz alan abonentlərin sayı 31 min 237-yə çatıb.

Rayon qaz istismarı sahəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin qaz təminatını yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, altı ayda rayonun ərazisində müxtəlif diametrli 508,8 poqonmetr yeni qaz xətləri çəkilib, yararsız hala düşən 185,5 poqonmetr qaz borusu əvəzlənib, 1654 poqonmetr yeraltı paylayıcı qaz xətləri dayaqlar üzərinə qaldırılıb.

Rayonun Hacıhəsənli kəndində təbii qaz çəkilişi başa çatıb, digər kəndlərin qazlaşdırılması davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.