REGİONLAR
Tovuz rayonunda yük və sərnişin daşınması artıb
Tovuz, 25 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Tovuzun nəqliyyat müəssisələri və nəqliyyat xidməti göstərən fiziki şəxsləri tərəfindən 5404,1 min manatlıq xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. Göstərilən xidmətlərin 94,2 faizi fiziki şəxslər, 5,8 faizi nəqliyyat müəssisələri tərəfindən yerinə yetirilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən fərdi sahibkarlar və müəssisələr tərəfindən 454 min ton yük, 6836 min nəfər sərnişin daşınıb. Bu isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 və 5,3 faiz çoxdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat müəssisələrində çalışanların orta aylıq əməkhaqqısı da 11,2 faiz artıb.