REGİONLAR
Tovuza güclü dolu yağıb, təsərrüfatlara ziyan dəyib
Tovuz, 10 iyun, Famil Quliyev, AZƏRTAC
İyunun 10-da təxminən saat 16 radələrində yağmağa başlayan və 20 dəqiqə davam edən güclü dolu Tovuzun kəndlərində bir sıra fəsadlar törədib.
Güclü dolu bəzi evlərin dam örtüyünü sıradan çıxarıb, meyvə ağaclarına və əkin sahələrinə ciddi ziyan vurub. Dolu əsasən Qaraxanlı, Xatınlı, Qədirli, Əlimərdanlı, Mülkülü və digər kəndlərdə fəsadlar törədib. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda dolunun vurduğu ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]