REGİONLAR
Tovuzda 3 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub VİDEO
Bakı, 20 oktyabr, AZƏRTAC
Tovuz rayonunun Qovlar, Alakol və Əyyublu kəndləri arasında olan avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən yenidən qurulub.
AZƏRTAC xəbər verir ki, yenidənqurma işləri yolun 15 kilometrlik hissəsində aparılıb.
Tikinti layihəsi çərçivəsində yolun 820 metrlik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Hərəkət zolaqları 820 metrlik hissədə 4, qalan hissədə isə 2-dir.
Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 metr, eni 9,5 metr olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib. Körpünün 3 aşırımlı olmaqla hər bir tərəfində 1 metr enində piyada səkisi mövcuddur.
Tikinti işləri yekunlaşdıqdan sonra yolboyu zəruri olan yerlərdə 78 ədəd yol nişanı quraşdırılıb, 7,5 min kvadratmetr yol cizgi və yol göstərici xətləri çəkilib.