Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Tovuzda Hemodializ Mərkəzi açılmışdır VİDEO

Tovuz, 5 iyul (AZƏRTAC). İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial yönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlətimizin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Həyata keçirilən sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaхşılaşdırılmasına, ümumilikdə tibbi хidmətin beynəlxalq səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyev Fondu və qurumun prezidenti Mehriban Əliyevanın da fəaliyyətinin əsas istiqamətlərindəndir. Ötən illər ərzində Azərbaycan səhiyyəsinin uğurlarından biri də regionlarda vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində atılan addımlardır. Xüsusilə də müalicə diaqnostika mərkəzlərinin və digər səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi regionlarda əhalinin müayinə və müalicəsinin lazımi səviyyədə təşkilinə əlverişli şərait yaradır. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə son illər dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Tovuzda Hemodializ Mərkəzinin tikilməsi bunu bir daha sübut edir.

Mərkəzlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, bu üçmərtəbəli səhiyyə ocağının tikintisinə 2008-ci il sentyabrın 24-də başlanmışdır. Mərkəzin təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Hemodializ Mərkəzinin inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir.

Tibb ocağının foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə səhiyyə sisteminin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılmışdır. Hemodializ Mərkəzində qəbul, hemodializ və diaqnostika şöbələri fəaliyyət göstərir.

Prezident İlham Əliyev hemodializ şöbəsi ilə tanış oldu.

Bildirildi ki, burada müasir tipli 20 hemodializ aparatı quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, hazırda Azərbaycanda 2208 nəfər böyrək çatışmazlığından əziyyət çəkir. Onların hamısı dövlət vəsaiti hesabına müalicə alır, müvafiq dərman vasitələri ilə tam təmin olunurlar. Qərb bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ Mərkəzinin xidmətindən istifadə edə biləcəklər. Ümumilikdə qərb bölgəsi üzrə 308 hemodializ xəstəsi vardır. Bu günədək Tovuz və Qazax rayonlarından olan xəstələr Gəncədəki Hemodializ Mərkəzinin xidmətindən istifadə edirdilər. Yeni Mərkəzin fəaliyyətə başlamasından sonra artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaqdır.

Məlumat verildi ki, Tovuz Hemodializ Mərkəzində iki növbədə təqribən 160 xəstə dializ olunacaqdır. Mərkəzin müasir şəraitlə təmin edilməsi, ilk növbədə, burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkan yaradır. Bu tibb ocağının istifadəyə verilməsi həm də ölkəmizdə səhiyyə sisteminin ən müasir səviyyəyə çatdırılması istiqamətində dövlət tərəfindən görülən tədbirlərin növbəti uğurudur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycanda səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.

Mərkəzlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Bu gün yenə Tovuzdayam, çox şadam, sizinlə bərabər olmağımdan çox məmnunam. Keçən il də görüşmüşdük. Son illər ərzində bir neçə dəfə Tovuza gəlmişəm və bu gün də gözəl açılışlar, gözəl tədbirlər keçirilir. Əlbəttə, onların içində bu Diaqnostika və Hemodializ Mərkəzi xüsusi yer tutur.

Yadımdadır, bu mərkəzin təməl daşını bərabər qoymuşduq və şadam ki, indi gözəl bir tibb ocağı yaradılıbdır. Bütün şərait vardır. Bunun adı Hemodializ Mərkəzidir, amma əslində burada həm diaqnostika, həm müalicə, eyni zamanda, cərrahiyyə üçün imkanlar vardır. Böyük bir tibb mərkəzidir və hesab edirəm ki, vətəndaşlar bu mərkəzdən səmərəli şəkildə istifadə etməlidirlər. Əlbəttə ki, ilk növbədə, profilaktik tədbirlər görülməlidir. Diaqnostika müalicənin aparılması üçün başlıca şərtdir. Mən bütün tibb ocaqlarının açılışlarında qeyd edirəm və bir daha deyirəm, gərək vətəndaşlar vaxtlı-vaxtında müayinədən keçsinlər ki, öz sağlamlıqlarını qoruya bilsinlər.

İnsan amili bizim siyasətimizin prioritetidir. Bu mərkəzlərin açılması da onu göstərir ki, çox güclü sosial siyasət aparılır. Bu diaqnostika və müalicə mərkəzlərinin tikintisi indi geniş vüsət almışdır. Son 10 il ərzində Azərbaycanda 500-dən çox tibb mərkəzi tikilmişdir və demək olar ki, bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün indi imkan vardır. Avadanlıq ən müasir standartlara cavab verir, memarlıq baxımından bütün xəstəxanalar çox gözəldir, çox genişdir, rahatdır və demək olar ki, indi elə bölgə yoxdur ki, orada müasir tibb ocağı olmasın. Məhz qarşıya belə məqsəd qoyulmuşdur ki, hər bir yaşayış məntəqəsində, böyük şəhərlərdə, rayon mərkəzlərində keyfiyyətli tibbi xidmət olmalıdır. Mən şadam ki, artıq Tovuzda da bu mərkəz yaradılır və insanların sərəncamına verilir.

Deyə bilərəm ki, son illər bütövlükdə səhiyyə sahəsində nəticələr yaxşıdır. Bunu həm biz deyirik, həm də beynəlxalq qurumlar və onların arasında dünya miqyasında bu məsələlərlə məşğul olan Dünya Səhiyyə Təşkilatı bunu qeyd edir. Keçən il Bakıda keçirilmiş Avropa Konfransında qeyd olundu ki, Azərbaycanda səhiyyə sahəsində böyük irəliləyiş əldə edilmişdir. Bunu statistik göstəricilər də təsdiqləyir. Səhiyyə sisteminin səmərəliliyini göstərən bir neçə meyar vardır. Onların arasında insanların ömrünün uzunluğu, - Azərbaycanda bu istiqamətdə irəliləyiş vardır, - artır, uşaq ölümü isə azalır. Uşaq ölümü bizdə bütün dövrlərdə böyük problem idi. Bu gün də o problem hələ ki, lazımi səviyyədə həll olunmur. Hələ ki, biz inkişaf etmiş ölkələrdən bir az geridəyik. Ancaq hesab edirəm ki, belə mərkəzlərin yaradılması və digər tədbirlərin görülməsi nəticəsində biz bu sahədə də dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıyıq və digər göstəricilər deməyə əsas verir ki, səhiyyə sisteminin təkmilləşməsində yaxşı nəticələr vardır.

Amma hələ ki, bu sahə bizi tam qane edə bilməz. Əlbəttə ki, biz çalışırıq müasir mərkəzlər tikilsin, avadanlıq alınır, böyük vəsait xərclənir. Ancaq bəzi hallarda xidmətlərin keyfiyyəti bizi qane etmir və bu məsələlər üzərində daha da çox işləməliyik.

Burada göstəriləcək xidmət əminəm ki, yüksək səviyyədə olmalıdır. Yaxın zamanlarda bu mərkəz fəaliyyətə başlayacaqdır. İndi fəaliyyətə başlamaq üçün bütün imkanlar vardır. Burada yaxşı həkim heyəti formalaşmalıdır ki, Tovuz rayonunun sakinlərinə yaxşı xidmətlər göstərilsin. İnsanın sağlamlığı üçün lazım olan amillər bəllidir. İlk növbədə, diaqnostika və müalicə vaxtında aparılmalıdır, eyni zamanda, əlbəttə ki, ətraf mühit yaxşı vəziyyətdə olmalıdır. Bu baxımdan Tovuzda heç bir problem yoxdur, ekoloji vəziyyət burada yaxşıdır. İçməli su mütləq təmiz olmalıdır və bu gün biz Tovuzda içməli su layihəsinin istismara verilməsini qeyd edəcəyik. Bu da hesab edirəm ki, böyük hadisədir. Ondan sonra əlbəttə ki, keyfiyyətli qida olmalıdır. Biz bu məsələyə də diqqət yetiririk. Müvafiq orqanlar istehlak bazarındakı vəziyyəti müşahidə edir, nəzarət edirlər. Hesab edirəm ki, bu istiqamətdə də irəliləyiş vardır. Digər amillər də öz rolunu oynayır. Onların arasında idman da çox vacib məsələdir. Tovuzda artıq neçə ildir ki, idman mərkəzi vardır. Yəni bütün bu amillər insanların sağlamlığını təmin edir və eyni zamanda, maddi rifah məsələləri. Son illər ərzində biz Azərbaycanda bütün bu istiqamətlər üzrə yaxşı dinamikanı görürük. Nəinki Tovuzda, istənilən bölgədə, bütün bu istiqamətlər üzrə bizim siyasətimiz aparılır. Bu ilin sonunda regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı başa çatır və proqramda nəzərdə tutulmuş bütün məsələlər artıqlaması ilə öz həllini tapır.

Gələcək planlarımızla bağlı da bizim kifayət qədər dəqiq fikirlərimiz vardır. Gələcək illərdə Azərbaycan əlbəttə ki, bundan da sürətlə inkişaf etməlidir və edəcəkdir. Bütün infrastruktur layihələri yaxın gələcəkdə başa çatmalıdır. Deyə bilərəm ki, Tovuzda da bu istiqamət üzrə işlər yaxşı gedir. Bu gün buraya gəlməzdən əvvəl biz yeni kəndləri birləşdirən yolun açılışında da iştirak etdik. Bu, Tovuz rayonunda icra edilən ikinci böyük layihədir. Birinci layihəni biz keçən il başa vurduq. İndi ikinci layihə. Beləliklə, 80-ə yaxın kəndi birləşdirən bu yollar artıq istismara verilir. Yol inkişaf, həyat və rahatlıq deməkdir. Onu da qeyd etmək istəyirəm ki, bütün bu layihələr sırf sosial xarakter daşıyır. Bu layihələrin heç biri kommersiya xarakteri daşımır. Bu layihələrə qoyulan investisiyalar insan kapitalına qoyulan investisiyalardır. Bax, bu mərkəz, içməli su layihəsi, kənd yollarının inşası, Olimpiya Kompleksi, məktəb tikintisi Tovuzda geniş vüsət almışdır. Bütün bu layihələr insanlar üçündür, ölkəmiz üçündür, sizin üçündür və dövlətin borcudur ki, bu siyasəti aparsın. Azərbaycanda bu istiqamət üzrə çox ciddi siyasət aparılır. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bu, sadəcə xoş sözlər deyil, bizim bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı, təhlükəsizliyi, rifahı və rahatlığı dayanır.

Mən hər dəfə belə açılışlarda olarkən çox sevinirəm və eyni zamanda, düşünürəm ki, biz daha nə etməliyik, əlavə nə etməliyik. Keçən dəfə Tovuzda olarkən mən icra başçısından, sonra deputatlardan soruşdum əlavə nə etməliyik?! Onlar kənd yolu layihəsini verdilər, indi onu da icra edirik. İndi sizdən soruşmaq istəyirəm ki, biz əlavə nə etməliyik ki, burada işlər daha da yaxşı getsin. İndi yəqin ki bu məsələlərlə bağlı sizin fikirləriniz vardır.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq ZEYNALOV: Daha yaxşı işləməliyik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Əlbəttə, hər kəs yaxşı işləməlidir, hər kəs öz vəzifə borcunu yerinə yetirməlidir - vətəndaşlar, icra nümayəndələri, digər fəallar. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin və bütün işlər Azərbaycanda yüksək səviyyədə aparılsın.

X X X

Azərbaycanın tərəqqisinə, xalqın firavanlığına, həmçinin Tovuzun inkişafına göstərdiyi diqqət və qayğıya görə tovuzluların ən xoş arzularını Prezident İlham Əliyevə çatdıran rayon ictimaiyyətinin nümayəndəsi Aybəniz DƏMİROVA dedi:

- Möhtərəm cənab Prezident,

İcazə verin, sizi rayonumuzun ictimaiyyəti adından, o cümlədən səhiyyə işçiləri adından salamlayım, rayonumuza “Xoş gəlmisiniz” deyim. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bu gün açılışına yığışdığımız bu müəssisə Sizin Tovuz rayonuna növbəti böyük töhfənizdir. Bütün bunlara görə biz Sizə səmimi minnətdarlığımızı bildirmək istəyirik. Sizin doğma Azərbaycanımıza rəhbərlik etdiyiniz bu 10 ildə ölkəmizin siması köklü surətdə dəyişmişdir. Kəndlərimiz, şəhərlərimiz tanınmaz dərəcədə gözəlləşib. Bununla bərabər, insanlarımızın da həyat səviyyəsi, həyat şəraiti, onların ictimai-siyasi həyata baxışları da tamamilə dəyişmişdir.

Bu gün ölkəmizin bütün bölgələri kimi, Tovuz rayonu da gündən-günə inkişaf edir. Bu qısa müddət ərzində Tovuz rayonunda çoxsaylı təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilmiş, parklar salınmış, geniş yollar çəkilmişdir. Bütün bunların hamısı Azərbaycanın çiçəklənməsini göstərir. Bu gün açılışına yığışdığımız bu mərkəz öz gözəlliyi ilə şəhərimizə xüsusi yaraşıq verməklə yanaşı, əhalimizin sağlamlığına xidmət göstərəcəkdir. Bu mərkəz ən müasir avadanlıqla təchiz olunmuşdur. Bu mərkəzdə tibbi heyətin fəaliyyəti üçün bütün şərait yaradılmışdır. Mərkəz hemodializ və perinatal şöbələrindən, laboratoriyalardan, rentgen-diaqnostika kabinetlərindən və digər otaqlardan ibarətdir. İki il əvvəl istifadəyə verilmiş 80 çarpayılıq Tovuz Rayon Mərkəzi Xəstəxanası və bugünkü istifadəyə verilən bu mərkəz bizə imkan yaradacaqdır ki, Sizin göstərişlərinizi həyata keçirək, insanlara daha yaxşı, yüksək keyfiyyətli tibbi xidmət göstərək.

Cənab Prezident, 2008-ci il sentyabrın 14-də Siz Tovuz ictimaiyyətinin nümayəndələri ilə görüşünüzdə demişdiniz ki, rayondakı infrastruktur obyektlərinin, xidmətin səhiyyə və təhsil ocaqlarının səviyyəsi dünya ölkələrinin səviyyəsində olmalıdır, Azərbaycan vətəndaşları gözəl şəraitdə yaşamalıdırlar, yaxşı iş yerlərində işləməlidirlər, onlar üçün yaxşı iş yerləri olmalıdır, uşaqlarımız yaxşı məktəblərdə oxumalıdır, əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməlidir. Artıq Sizin dedikləriniz bu gün öz təsdiqini tapmışdır. Biz bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Bir həkim kimi bildirmək istəyirəm ki, Siz həmişə əhalinin sağlamlığı ilə bağlı sahələrin inkişafına xüsusi diqqət yetirirsiniz. Bu gün Tovuz rayonunda su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına Sizin xeyir-duanızla başlanması rayonumuz üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Buna görə biz Sizə minnətdarlığımızı bildiririk.

Bu layihənin həyata keçirilməsi nəticəsində insanlarımız ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqlar və rayonumuzda antisanitariya hallarının, infeksion xəstəliklərin yayılmasının qarşısı alınacaqdır. Biz bunları görürük, bunları yüksək qiymətləndiririk. Buna görə Sizə yenə də öz dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Bu gün əhalinin sağlamlığı naminə görülən işlər gələcək nəslin sağlamlığına göstərilən qayğıdır.

Möhtərəm Prezident, biz canlı şahidik ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz son 10 ildə Azərbaycanı, xalqımızı yorulmaz fəaliyyətiniz, mətin iradənizlə daim xoşbəxt gələcəyə doğru aparırsınız və bunu hər bir azərbaycanlı öz həyatında hiss edir. Onlar əmindirlər ki, bütün arzularını Siz reallaşdıracaqsınız, Siz gerçəkləşdirəcəksiniz. Biz həmişə Sizinləyik, Sizin siyasətinizi dəstəkləyirik. Azərbaycanın bu günü, gələcəyi Sizinlədir. Həmişə Sizin yanınızdayıq. Allah Sizi qorusun.

X X X

Prezident İlham ƏLİYEV: Siz 2008-ci ili yada saldınız. Doğrudan da o vaxt mən belə ifadələr işlədirdim ki, hər şey dünya səviyyəsində olmalıdır. Amma iş burasındadır ki, son beş il ərzində dünya standartları bir qədər aşağı düşdü, Azərbaycan standartları qalxdı.

Belə mərkəzlər deyə bilərəm ki, hər bir inkişaf etmiş ölkə üçün bir nümunə olmalıdır. Hesab edirəm ki, belə də vardır. Çünki mən dünyanın müxtəlif yerlərində olmuşam. Əlbəttə ki, vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, belə yaraşıqlı, gözəl, o cümlədən memarlıq baxımından gözəl tibb mərkəzləri heç də hər bir ölkədə tikilmir. Azərbaycanda dövlət nəzarətində olan bütün obyektlər böyük zövqlə, ustalıqla tikilir. Eyni zamanda, bu obyektlər şəhərləri gözəlləşdirir. Bax bu mərkəz də öz memarlığı ilə seçilir. Burada və bütünlükdə bizim tibb ocaqlarında yaradılan şərait, alınan avadanlıqlar ən müasir standartlara cavab verir. Çünki mən həmişə deyirəm ki, ən yaxşı şərait bizdə olmalıdır. Azərbaycan vətəndaşı yaşadığı bölgədən asılı olmayaraq ən gözəl xidmətə malik olmalıdır. Ona görə bizdə tikilən məktəblər elə bil ki, saraydır. Bizdə tikilən xəstəxanalar da, həmçinin çəkilən yollar, digər obyektlər də yüksək səviyyədədir. Son bir neçə il ərzində mən daha çox Azərbaycan standartları haqqında danışıram. Əgər biz dünyada gedən proseslərə siyasi, iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartları bu gün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi deyə bilərəm ki, heç bir yerdə yoxdur. Azərbaycanda mövcud olan sabitlik, ictimai asayiş - bütün bunlar reallıqlardır. Biz Azərbaycan vətəndaşları bu reallıqlara öyrəşmişik. Ancaq heç də hər yerdə belə deyildir. İndi biz televizordan, başqa informasiya mənbələrindən görürük ki, nə qədər böyük problemlər yaşanır dünyanın istənilən yerində. Bütün qitələrdə çox ağır hadisələr baş verir. Azərbaycan elə bil ki, bir inkişaf, sabitlik, həmrəylik adasıdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda aparılan işlər xalq tərəfindən nəinki dəstəklənir, eyni zamanda, xalq bilavasitə bu işlərin iştirakçısıdır. Görülən bütün işlər bir məqsədi güdür ki, Azərbaycanın maraqları müdafiə olunsun, qorunsun, daha da yaxşı şərait yaradılsın, maddi rifah artsın, ölkəmiz dövlət müstəqilliyini qorusun, möhkəmləndirsin və bölgədəki mövqelərini daha da gücləndirsin.

Hesab edirəm ki, son illər ərzində biz böyük dərəcədə bu hədəflərə çata bilmişik. Bu hədəflər hələ 2003-cü ildə qarşıya qoyulmuşdur. Son 10 il ərzindəki işlər hesab edirəm ki, təqdirə layiqdir. Ancaq bunu əlbəttə ki, siz qiymətləndirməlisiniz. Mən sadəcə olaraq çalışıram və çalışacağam ki, sizə - yəni Azərbaycan vətəndaşlarına xidmət edim. Görəndə ki, hansısa gözəl bir nəticə əldə olunur, əlbəttə, mən də sizin qədər buna sevinirəm. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Tovuzda Hemodializ Mərkəzi açılmışdır VİDEO

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək