REGİONLAR


Tovuzda baramaçılığı inkişaf etdirmək üçün yem bazası yaradılır

A+ A

Tovuz, 23 noyabr, AZƏRTAC

Tovuz rayonunda vaxtilə ənənəvi sahə hesab olunan baramaçılığın inkişafı üçün yem bazasının yaradılması istiqamətində tədbirlərə başlanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yeni tut tinglərinin əkilməsi üçün ərazilər müəyyənləşdirilib, sahələr hazırlanıb. Az vaxtda rayonda 2 min ədəd tut tingi əkilib. Tut tingləri rayonun meşə massivində və Mülkülü kəndi ərazisində əkilib. Daha 10 min tut tinginin əkilməsi də nəzərdə tutulub. Hazırda rayonda tut tingi əkini davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.