REGİONLAR
Tovuzda bələdiyyə seçkilərində gənclərin fəallığı müzakirə edilib
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı” layihəsi çərçivəsində oktyabrın 23-də Tovuz rayonunun Bozalqanlı kənd tam orta məktəbində tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov son illər ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığının artdığını bildirib. Qeyd olunub ki, ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş quruculuğunda bələdiyyələrin mühüm rolu var. Son illərdə bu istiqamətdə əhəmiyyətli addımlar atılır.
Digər çıxışlarda layihənin məqsədinin gənclərimizi bələdiyyə seçkilərində fəal iştiraka təşviq etmək olduğu bildirilib. Gənclərin özünüidarəetmə prosesinə cəlb edilməsi, fəallıqlarının artırılmasının vacibliyi xüsusi vurğulanıb. Çıxışlarda, həmçinin layihənin əhəmiyyətindən, dövlət tərəfindən gənclərə göstərilən qayğıdan və bələdiyyə seçkilərində onların fəallığının artırılmasının vacibliyindən danışılıb.