REGİONLAR


Tovuzda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

A+ A

Tovuz, 22 noyabr, Famil Quliyev, AZƏRTAC 

Tovuz rayonunda 22 Noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, rayon məhkəməsinin, qeydiyyat şöbəsinin və notariat kontorunun kollektivləri əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Əlamətdar günə həsr olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, rayon məhkəməsinin sədri Könül Məmmədov və başqaları peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanları işçilərini təbrik ediblər.

Çıxışlarda Azərbaycanın ədliyyə və məhkəmə sisteminin tarixindən, ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından danışılıb, bu sahəyə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Sonra tədbir iştirakçıları Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara və fotoşəkillərə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.