REGİONLAR
Tovuzda əkin sahələrinin normal suvarma suyu ilə təminatında problem yaşanmayacaq
Tovuz, 27 oktyabr, AZƏRTAC
Tovuz rayonunda payız və qış aylarında əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar 149 subartezian quyusunda əsaslı, 40 subartezian quyusunda cari təmir işləri aparılıb, 5 subartezian quyusunun işi bərpa olunub.
Tovuz Subartezian Quyularının İstismarı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əkin sahələrinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması üçün 12 subartezian quyusu qazılıb istismara verilib. Müvafiq olaraq Aşağı Quşçu kəndinə 4, Əyyublu kəndində 2, Düz Qırıqlı kəndində 1, Dönük Qırıqlı kəndində 3, Alakol kəndinə 1, Qovlar şəhərində 1 subartezian quyusu qazılıb. Cari ilin sonuna rayon üzrə daha 6 subartezian quyusunun qazılması nəzərdə tutulur.
Görülən tədbirlər nəticəsində payız və qış aylarında əkinlərin normal suvarma suyu ilə təminatında heç bir problem yaşanmayacaq.