REGİONLAR


Tovuzda əkin sahələrinin suvarma suyu ilə təmin olunması üçün tədbirlər görülür

A+ A

Tovuz, 28 iyul, AZƏRTAC

Tovuz Subartezian Quyuları İstismarı İdarəsi tərəfindən yaz və payız aylarında əkin sahələrinin suvarma suyu ilə təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

İdarədən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə rayondakı subartezian quyularının 101-də əsaslı, 22-də isə cari təmir işləri aparılıb. Bundan əlavə, istismara yaramayan 8 nasos yenilənib. Ötən ildən bəri daha 12 subartezian quyusu qazılaraq istismara verilib.

Görülən işlər nəticəsində yaz və payız aylarında əkin sahələrinin suvarma suyu ilə təminatında heç bir problem yaşanmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.