REGİONLAR


Tovuzda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb

Tovuz, 10 iyul, Famil Quliyev, AZƏRTAC

Tovuz rayonunda heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-iyun aylarında heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən 3370,7 ton ət, 14983,1 ton süd və 10 milyon 760 min ədəd yumurta istehsal olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7 ton ət, 2229,9 ton süd və 265 min ədəd yumurta çox istehsal olunub.

Heyvanların baş sayında da artım qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mallar 89 baş, qoyun-keçilər isə 251 baş artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.