REGİONLAR
Tovuzda kartof yığımına başlanıb
Tovuz, 28 iyun, AZƏRTAC
Tovuz rayonunda kartofçuluqla məşğul olan fermerlər məhsul yığımına başlayıblar.
Əyyublu kəndindən olan fermer Namiq Qurbanov AZƏRTAC-a bildirib ki, məhsuldarlıqdan razıdır: “Son 5 ildə belə yüksək məhsuldarlıq olmayıb. Buna havaların sərin keçməsi, su bolluğu, yeni aqrotexniki qaydaların tətbiqi sayəsində nail olunub. Şəxsən mən becərdiyim 3 hektar kartof sahəsindən 90 tona yaxın məhsul götürməyə ümid edirəm”.
Dönük Qırıqlı kəndində 2,5 hektar kartof sahəsinə qulluq edən Xanlar Qasımov isə məsələnin başqa bir tərəfinə toxundu: “Bu il becərdiyimiz məhsulun maya dəyəri də azdır. Prezident İlham Əliyevin ölkəyə idxal olunan toxumların gətirilməsində bürokratik əngəlləri aradan qaldırmaq barədə atdığı qətiyyətli addımlar sayəsində kartof toxumlarının maya dəyəri 10 qəpik azalıb. Həmçinin bu il kartof güvəsi də qeydə alınmayıb. Bu isə topladığımız sağlam məhsulu ən azı iki ay saxlamağa imkan verəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]