REGİONLAR
Tovuzda kitab bayramı
Tovuz, 2 may,AZƏRTAC
Tovuzda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə kitab bayramı keçirilib.
AZƏRTAC xəbər verir ki, Tovuz Rayon Mədəniyyət Evinin foyesində təşkil olunan kitab bayramında rayon mədəniyyət və turizm şöbəsinin müdiri Adil Həsənov, rayon mərkəzi kitabxanasının müdiri Güldərən İbrahimova, Düz Qırıqlı kənd kitabxanasının müdiri Qurban Nağıyev və başqaları çıxış ediblər. Onlar bilik mənbəyi olan kitabın əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxana sisteminin inkişaf etdirildiyi, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığı, kitab fondunun latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirildiyi bildirilib.
Müxtəlif nəşriyyat və poliqrafiya müəssisələrinin nəşrlərinin sərgiləndiyi kitab bayramı sakinlərin marağına səbəb olub.