REGİONLAR


Tovuzda meşə fondu 30 min 609 hektara çatdırılıb

Tovuz, 23 may, AZƏRTAC 

Tovuz rayonunun meşə təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov meşə təsərrüfatında çalışanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edib.

Müəssisənin direktoru Məhəmməd Tağıyev çıxışında qeyd edib ki, təbiətin qorunması, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadə olunması ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Bu məqsədlə yeni yaşıllıqlar salınır, flora və faunanın mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Bildirilib ki, bu ilin yazında rayonda 42 hektar ərazidə yeni meşə salınıb və beləliklə, meşə fondu 30 min 609 hektara çatdırılıb. Yeni salınan meşə zolağında əsasən meyvə ağacları - qoz, ərik, badam və tut tingləri əkilib.

Sonra meşəçilər Heydər Əliyev Mərkəzi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.