REGİONLAR
Tovuzda qanvermə aksiyası
Tovuz, 24 sentyabr, AZƏRTAC
Tovuz rayonunda növbəti qanvermə aksiyası keçirilib. Tovuz Mərkəzi Rayon Xəstəxanasında keçirilən xeyriyyə aksiyasına idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, gənclər həvəslə qoşulublar.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədilə keçirilən tədbirdə Respublika Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlaşıblar.
Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün tibb müəssisələrinə 300 nəfərdən çox rayon sakini müraciət edib və onların 200 nəfərindən qan götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]