REGİONLAR


Tovuzda qanvermə aksiyası keçirilib

Tovuz, 1 avqust, Famil Quliyev, AZƏRTAC

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tovuz rayonunda növbəti qanvermə aksiyası keçirilib. Tovuz Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasına idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər həvəslə qoşulublar.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov AZƏRTAC-a bildirib ki, müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədilə keçirilən tədbirdə Hematologiya və Qanköçürmə İnstitutunun əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və qanlarında xəstəlik aşkarlanmayan donorlardan dan götürüblər.

Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün tibb müəssisəsinə 300 nəfərdən çox rayon sakini müraciət edib və onların 200 nəfərindən qan götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.