İDMAN


Tovuzda şəhid Zaur Axundovun xatirəsinə həsr olunan taekvando üzrə açıq birinciliyə yekun vurulub

Bakı, 30 iyun, AZƏRTAC

Tovuz Olimpiya İdman Kompleksində şəhid Zaur Axundovun xatirəsinə həsr olunan taekvando üzrə açıq birinciliyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Tovuz Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə uşaq, yeniyetmə və gənc taekvandoçular arasında təşkil edilən turnirin məqsədi bölgələrimizdə taekvandonun təbliği və inkişafına nail olmaq, eləcə də idmançıların təcrübələrinin və ustalıq səviyyəsinin artırılması olub.

Yarışın açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, region üzrə əmək müfəttişliyinin rəisi Elçin Süleymanov, Azərbaycan Taekvando Federasiyasının baş katibi Həmdiyyə Məmmədov və digərləri şəhid Zaur Axundovun keçdiyi həyat yolundan, Qarabağ döyüşlərində göstərdiyi şücaətlərindən söz açıb və gələcək nəslin Zaur kimi mübariz olmasını arzulayıblar.

Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışan çıxışçılar Tovuz rayonunda yerli idmançıların, o cümlədən taekvandoçuların ölkəmizdə və beynəlxalq yarışlarda qazandığı nailiyyətləri qeyd ediblər. Tovuz rayonunda taekvando idman növünün sevildiyi və bütün yaş qruplarında fəaliyyət göstərən klub və bölmələrin uğurla fəaliyyət göstərdiyi iştirakçıların diqqətinə çatdırılıb.

Yarışda Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən taekvando bölmələrinin və klublarının 430 uşaq və yeniyetmə idmançısı mübarizə aparıb.

Sonda birincilikdə bütün yaş qrupları və hər çəki dərəcəsi üzrə fəxri yerləri tutmuş idmançılara diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.