REGİONLAR


Tovuzda taekvondo üzrə zona yarışlarının final mərhələsinə start verilib

Tovuz, 27 noyabr, Famil Quliyev, AZƏRTAC

Tovuz Olimpiya İdman Kompleksində yeniyetmələr arasında taekvondo üzrə zona yarışlarının final mərhələsi keçirilir.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 45 şəhər və rayon komandasından 250 idmançı iştirak edir.

Yeniyetmələr arasında taekvondo üzrə zona yarışlarının final mərhələsinə noyabrın 29-da yekun vurulacaq. Yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplom, medal və qiymətli hədiyyələri təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.