REGİONLAR
Tovuzda taxıl biçini uğurla davam edir
Tovuz, 4 iyul, Famil Quliyev, AZƏRTAC
Tovuz rayonunda taxıl biçini kampaniyası uğurla davam edir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 440 hektar sahədə biçin aparıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, biçin aparılan zəmilərin 420 hektarı arpa, 20 hektarı isə buğda sahələridir. Arpa sahələrində məhsuldarlıq 26,5 sentner, buğda sahələrində isə 32,5 sentner təşkil edir.
Qeyd edək ki, tovuzlu fermerlər 20 min 376 hektar sahədə taxıl əkiblər. Taxıl əkilən sahələrin 19526 hektarı buğda, 850 hektarı isə arpadır.