REGİONLAR


Tovuzda təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır

A+ A

Tovuz, 28 avqust, Famil Quliyev, AZƏRTAC

Avqustun 27-də axşam saatlarında qərb bölgəsində müşahidə olunan küləkli hava və yağış Tovuzda fəsadlar törədib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahir Həsənov AZƏRTAC-a bildirib ki, təbii fəlakət nəticəsində rayon mərkəzində beşmərtəbəli yaşayış binasının dam örtüyü uçub. İri bir ağac kökündən qoparaq Bakı–Qazax magistral yoluna düşüb. Rayonun kəndlərində evlərin dam örtüklərinə, eləcə də elektrik və rabitə təsərrüfatına ciddi ziyan dəyib.

Əlverişsiz hava şəraiti nəticəsində Qovlar şəhərində 7 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyada yanğın baş verib. Hazırda ətraf kəndlərin elektrik enerjisi ilə təmin olunması üçün iş görülür.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.