CƏMİYYƏT


Tovuzda uşaq əməyinin istismarının qarşısının alınmasına dair regional təlim keçirilib

A+ A

Bakı, 1 avqust, AZƏRTAC 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuzda uşaq əməyinin istismarının qarşısının alınmasına dair regional təlim keçirib.

Komitədən AZƏRTAC-a bildirilib ki, təlimdə Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Daşkəsən rayonları üzrə əmək və polis müfəttişləri, icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları, həmçinin psixoloqlar və müəllimlər iştirak ediblər. Təlimlərdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi barədə məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə, uşaq əməyinin vəziyyətinə dair aparılmış tədqiqatın nəticələri təlim iştirakçılarının diqqətinə çatdırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.

Təlim Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.