REGİONLAR


Tovuzlu bağbanın yetişdirdiyi alma ağacının boyu balaca olsa da, məhsulu boldur

A+ A

Tovuz, 19 sentyabr, Famil Quliyev, AZƏRTAC

Alma-almaya bənzər deyiblər. Amma Tovuzda yetişən bu meyvə ağacı kiçik boyu, tez bar verməsi ilə yerli sortlara heç də bənzəmir. Ötən il əkilən tinglər bu il bol məhsul verib. Maraqlısı odur ki, kiçik ağaclar böyük meyvələri ilə diqqət çəkir.

Rayonun Aşağı Quşçu kənd sakini Yusif Muradov geniş ərazidə becərdiyi almaları Yunanıstandan gətirib. “Kala” və “Kolden” sortları damcı üsulu ilə suvarılır. Tovuzda ilk dəfə olaraq becərilən almalar məhsuldarlığı, tez bar verməsi ilə elə təsərrüfat sahibini də təəccübləndirib. Tez bar verdiyindən ağacın budaqları iri meyvələrə, küləyə tab gətirə bilmir. Bunun üçün bağban bitkini məftillərə bağlayıb. Bununla da həm yığımı asanlaşdırıb, həm də ağacı qorumuş olub.

Yusif Muradov AZƏRTAC-a bildirib ki, Tovuz üçün xarakterik olmasa da, alma ağacı məhsuldarlığı ilə digər meyvələrdən heç də geri qalmır. İlk dəfə əldə olunan məhsulu sahədə 50-60 qəpiyə satan sahibkar qiymətin sərfəli olduğunu deyir.

Qeyd edək ki, xaricdən gətirilən alma sortları yalnız Tovuzun Əlimərdanlı və Aşağı Quşçu kəndlərində becərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.