REGİONLAR


Tovuzlu fermer 2 hektar kartof sahəsindən 60 ton məhsul götürəcək

Tovuz, 22 may, Famil Quliyev, AZƏRTAC

Qərb bölgəsində kartof ən çox Tovuz rayonunda əkilir. Kənd təsərrüfatına dövlət tərəfindən göstərilən qayğı, gübrələrin güzəştli satışı fermerlərin işini xeyli asanlaşdırıb və kartofçuluğa marağı bir qədər də artırıb.

Rayonun Əyyublu kənd sakini, fermer Əfqan Abbasov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Ötən il 1 hektar sahədə kartof əkmişdim. Yaxşı məhsul əldə etdiyimə görə bu il sahəni artıraraq 2 hektara çatdırdım. İndi kartof sahələrində becərmənin qızğın dövrüdür. Əkdiyimiz kartof toxumu Rusiyadan gətirilən “Nevski” sortudur. Əkin sahələrinin indiki vəziyyəti hektardan 30 tondan çox məhsul götürəcəyimizdən xəbər verir”.

Kartof əsasən rayonun Qovlar şəhərində, Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu və dağ kəndlərində becərilir.

Qeyd edək ki, ötən il tovuzlu fermerlər 8197 hektar sahədə kartof əkib və 178 min 635 ton məhsul istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.