REGİONLAR


Tovuzlu fermer: Benzinin qiymətinin qalxması qiymət artımına səbəb olmayacaq

Tovuz, 17 iyul, Famil Quliyev, AZƏRTAC

Respublikanın iri kartofçuluq rayonlarından sayılan Tovuzda bu il sahibkarlar 7375 hektar sahədə bol məhsul yetişdiriblər. Rayonun digər kəndləri kimi, Bozalqanlı kəndində də fermerlər 200 hektara yaxın ərazidə kartof becəriblər. Sahibkarlar hazırda kartof yığımı ilə məşğuldurlar.

Bozalqanlıdan olan fermer İman Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Üç hektar sahədə kartof əkmişəm. Artıq sahələrdə kartof yığımı gedir. Bu işə 20 nəfər cəlb olunub. Məhsuldarlıq da yaxşıdır. Hektardan 300 sentnerə yaxın məhsul əldə edilir. Gələcəkdə kartof əkilən sahələri 5 hektara çatdırmaq istəyirəm.”

“Aİ-92” markalı benzinin qiymətinin bahalaşmasına münasibət bildirən fermer qeyd edib ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində istifadə olunan texnikalar dizel yanacağı ilə işləyir. Bundan əlavə, dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilir, gübrələr, motor yağları, dizel yanacağı güzəştli qiymətlərlə satılır. Buna görə də kənd təsərrüfatı məhsullarının becərilməsində heç bir problem yaşanmayacaq və istehsal olunan məhsulların satış qiyməti bahalaşmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.