REGİONLAR


Tovuzlu fermerlər kartof sahələrindən 160 min tondan çox məhsul istehsal ediblər

A+ A

Tovuz, 5 sentyabr, AZƏRTAC

Tovuz rayonunda kartofçuluğun inkişafı daim diqqət mərkəzində saxlanılır. Respublikanın iri kartofçuluq rayonlarından sayılan Tovuzda bu il sahibkarlar 8197 hektar sahədə bol məhsul yetişdiriblər.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar artıq 7 min 347 hektar sahənin kartofunu yığıblar. Sahələrdən 160 min 165 ton məhsul istehsal edilib. Hər hektarda orta məhsuldarlıq təxminən 218 sentnerdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof yığılan sahələr 437 hektar, tədarük olunan məhsul 10 min 978 ton, hektardan orta məhsuldarlıq isə 2,1 sentner çoxdur.

Rayonun dağ kəndlərində kartof yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.