REGİONLAR


Tovuzlu fermerlər kartof sahələrindən 178 min tondan çox məhsul yığıblar

A+ A

Tovuz, 4 noyabr, AZƏRTAC

Tovuz rayonunda kartofçuluğun inkişafı daim diqqət mərkəzində saxlanılır. Respublikanın iri kartofçuluq rayonlarından olan Tovuzda bu il sahibkarlar 8197 hektar sahədə bol məhsul yetişdiriblər.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, Tovuzda kartof yığımı başa çatıb. Sahibkarlar 8197 hektar sahədən 178 min 635 ton kartof istehsal ediblər. Hər hektardan orta məhsuldarlıq 217,9 sentner təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tədarük olunan məhsul 13 min 313 ton, orta məhsuldarlıq isə 2,3 sentner çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.