REGİONLAR


Tovuzlu fermerlər kartof sahələrindən 17 min tondan çox məhsul götürüblər

Tovuz, 7 iyul, Famil Quliyev, AZƏRTAC

Respublikanın iri kartofçuluq rayonlarından sayılan Tovuzda bu il sahibkarlar 7375 hektar sahədə bol məhsul yetişdiriblər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar artıq 950 hektar sahənin məhsulunu yığıblar. Sahələrdən 17 min 794 ton kartof əldə olunub. Hektardan orta məhsuldarlıq 187,3 sentner təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof yığılan sahələr 650 hektar, tədarük olunan məhsul 12 min 220 ton, hektardan orta məhsuldarlıq isə 1,5 sentner artıqdır. Rayonda kartof yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.