REGİONLAR


Tovuzlu fermerlər kartof sahələrindən ötən illə müqayisədə 13 min tondan çox məhsul götürüblər

A+ A

Tovuz, 5 oktyabr, AZƏRTAC

Respublikanın iri kartofçuluq rayonlarından sayılan Tovuzda bu il sahibkarlar 8197 hektar sahədə bol məhsul yetişdiriblər.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar artıq 8191 hektar sahənin kartofunu yığıblar. Sahələrdən 178 min 564 ton məhsul götürülüb. Hektardan orta məhsuldarlıq 218 sentner təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof yığılan sahələr 548 hektar, tədarük olunan məhsul 13 min 705 ton, hektardan orta məhsuldarlıq isə 2,3 sentner artıqdır. Rayonun dağ kəndlərində kartof yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.