REGİONLAR


Tovuzlu heyvandarlara süni mayalama ilə alınan buzovlara görə 16 min manatdan çox subsidiya ödənilib

Tovuz, 22 iyul, Famil Quliyev, AZƏRTAC

Cari ilin ötən dövründə Tovuz rayonunda mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə 297 baş heyvan süni mayalandırılıb, 199 baş buzov alınıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, vaxtilə xaricdən lizinq yolu ilə alınmış damazlıq inəklər yerli şəraitə tam uyğunlaşmaqla, məhsuldarlığı ilə seçilir. Bundan əlavə, süni mayalama işini zootexniki qaydalar əsasında təşkil etmək istiqamətində də tədbirlər görülür. Yeni doğulan hər baş cins buzova görə 100 manat məbləğində subsidiyanın müəyyənləşdirilməsi heyvandarlıqla məşğul olan fermerlərin əməyinin stimullaşdırılmasına kömək göstərib. Cari ilin altı ayında heyvandarlıqla məşğul olan 168 nəfərə yeni doğulan buzovlar üçün 16 min 800 manat subsidiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.