REGİONLAR


Tovuzlu sahibkarlar üzüm plantasiyalarından 9870 ton məhsul yığıblar

Tovuz, 8 dekabr, AZƏRTAC

Tovuzlu sahibkarlar 650 hektar üzüm bağında bol məhsul yetişdiriblər.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar bağlardan 9870 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 ton çoxdur.

Qeyd edək ki, hazırda rayonda yeni üzüm bağlarının salınması istiqamətində işlər davam edir. Yeni üzüm bağları əsasən rayonun Bozalqanlı, Əlimərdanlı, Aşağı Quşçu, Dönük Qrıqlı və Düz Qırıqlı kəndlərinin ərazisində salınır. Mövsümün sonunadək 90 hektara  yaxın yeni üzüm bağı salınacaq və bunun üçün də 156 mindən artıq üzüm tingi tədarük olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.