REGİONLAR
Tovuzun Əlibəyli kəndində selin yararsız hala saldığı körpü bərpa edilir
Tovuz, 2 avqust, AZƏRTAC
Tovuzun cəbhə xəttində yerləşən Əlibəyli kəndində yararsız vəziyyətdə olan körpünün təmirinə başlanılıb.
İyulun ilk ongünlüyündə güclü yağışdan sonra yaranan sel 9 kilometr uzunluğu olan Hacallı-Təpəbaşı avtomobil yolunun Tovuzçayın üzərindən keçən hissəsində yerləşən körpünü təhlükəli vəziyyətə salıb. Rayon fövqəladə hallar komissiyasının üzvləri əraziyə baxış keçirərək mövcud vəziyyəti aidiyyəti qurumların diqqətinə çatdırıb. Çox keçmədən körpünün təmirinə başlanılıb.
İş icraçısı Aydın Məmmədov AZƏRTAC-a bildirib ki, körpü ilə yanaşı, 9 kilometr uzunluğunda yolun təmiri də həyata keçirilir. İşlərin avqustun sonunadək başa çatdırılması planlaşdırılır.