REGİONLAR


Tovuzun Hunanlar kəndində becərilən qabaq məhsuldarlığı ilə seçilir

A+ A

Tovuz, 30 avqust, Famil Quliyev, AZƏRTAC

Fermerlər Tovuzun Hunanlar kəndində becərilən qabaqdan bol məhsul götürürlər. 30-40 günə yetişən ağ qabaq su bol olduğu üçün əsasən Tovuzun Kür çayına yaxın olan Hunanlar kəndində becərilir. Bitki soyuq sevən olmadığından qışdan başqa bütün fəsillərdə yetişdirilir. Toxumu Rusiyadan gətirilən qabaq tez yetişdiyinə görə Hunanlar kəndinin demək olar ki, hər sakini öz təsərrüfatında bu bitkini əkir.

Fermer Nəsib Namazov AZƏRTAC-a bildirib ki, gün ərzində 10-15 sot sahədən 200 kiloqrama qədər məhsul yığılır. Yığım əsasən səhər saatlarında həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.