CƏMİYYƏT
Tovuzun Koxanəbi kəndində 1 ədəd partlamış PQ-7 raketinin qalıqları aşkarlanıb VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Tovuz rayonunun Koxanəbi kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamış PQ-7 raketinin qalıqları aşkar edilərək götürülüb. Mina və partlamamış hərbi sursat aşkarlanmayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, ümumilikdə, agentlik tərəfindən yanvarın 1-dən fevralın 23-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq və 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 51 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1961 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 356.053 kvadratmetr ərazi (136.703 kvadratmetr ərazi əl ilə, 95.800 kvadratmetr ərazi mexaniki üsulla, 113.000 kvadratmetr ərazi SENSYS dərinlik ölçən cihazı ilə və 10.550 kvadratmetr ərazi isə minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.