DÜNYA


“Toyota” kompaniyası “Tesla Motors” ilə əməkdaşlığı dayandırıb

Bakı, 3 iyun, AZƏRTAC

Yaponiyanın “Toyota Motor” kompaniyası özünəməxsus “Tesla Motors” aksiyalarının hamısını satıb və onun kapitalından tam çıxaraq Amerika şirkəti ilə əməkdaşlığı dayandırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, avtomobil istehsalçıları 2010-cu ilin may aylında əməkdaşlığa başladıqlarını elan etmişdi. “Toyota” kompaniyası 40,5 milyon dollara “Tesla”nın aksiyalarının 3,15 faizini almışdı. O gündən Yaponiya avtomobil konserni “Tesla” batareyaları ilə təchiz olunmuş idman “yolsuzluq” avtomobilləri hazırlamağa başlasa da, onların kütləvi istehsalı baş tutmayıb.

Mənbələrin məlumatına əsasən, “Toyota” elektromobil hazırlamaq barədə öz proqramı olduğu və Amerika kompaniyası ilə əməkdaşlıqda heç bir məna görmədiyi üçün “Tesla” ilə əlaqələrini bitirmək qərarına gəlib. 2016-cı ilin noyabr ayında kompaniyada tutumlu akkumulyatorlar hazırlamaq üçün xüsusi bölmə yaradılıb. Mətbuatın məlumatına əsasən, artıq 2020-ci ildə Yaponiyanın avtomobil nəhəngi bir dəfə enerji doldurmaqla 300 kilometr məsafə qət edə bilən elektromobilin kütləvi istehsalına başlayacaq. “Prius” və ya “Corolla” modelləri onlar üçün platforma rolunu oynaya bilər.

Hazırda Yaponiya yollarında 60 milyondan çox avtomobil hərəkət edir. Onların təxminən 10 faizi hibrid, yalnız 0,1 faizi elektromobillərdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.