DÜNYA


“Toyota” uçan avtomobilin hazırlanmasına investisiya ayırır

Bakı, 15 may, AZƏRTAC

Yaponiyanın “Toyota” korporasiyası “SkyDrive” uçan avtomobil layihəsinə 350 min dollara yaxın investisiya ayırmağı planlaşdırır.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, reaktiv avtomobillərin sınaq uçuşları 2018-ci ilin sonlarına təyin olunub. 2020-ci ildə isə bu avtomobillər Tokioda Olimpiya məşəlinin yandırılması mərasimində iştirak edə biləcəklər.

Hazırda “SkyDrive” layihəsi üzərində könüllü əsaslarla korporasiyanın mühəndislər qrupu işləyir.

Rotorlar vasitəsi ilə havaya qalxacaq uçan avtomobillər 10 metr yüksəklik və saatda 100 kilometr sürət yığa biləcək. Onlar, həmçinin yerdə də hərəkət edəcək. Bu halda maşının maksimal sürəti saatda 150 kilometrə çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.