İQTİSADİYYAT


Trabzon Ticarət və Sənətkarlar Təşkilatı Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına əməkdaşlıq təklif edir

Bakı, 10 mart, AZƏRTAC

Trabzon Ticarət və Sənətkarlar Təşkilatı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına qarşılıqlı əməkdaşlıq təklif edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Trabzon şəhərinin Ticarət və Sənətkarlar Təşkilatının sədri Ahmet Hamdi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı bildirilib.

Görüş zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkə Prezidentinin son illər qeyri-neft sektorunun, xüsusilə də biznes sahəsinin inkişafı ilə bağlı həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin qənaətbəxş səviyyədə olduğunu deyən Məmməd Musayev bildirib ki, 2500-dən çox türk şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. O, qeyd edib ki, bugünədək bir sira Türkiyə təşkilatı ilə sıx əməkdaşlıq edirik, həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə birgə tədbirlərdə iştirak edir, əməkdaşlıq imkanlarımızı genişləndiririk.

Trabzon Ticarət və Sənətkarlar Təşkilatı əməkdaşlığın genişləndirilməsini məqsədəmüvafiq hesab edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti bu istiqamətdə keçirilən birgə görüşlərin və biznes-forumların təşkilinin əhəmiyyətli olacağını vurğulayıb. Bu istiqamətdə təşkil edilən bütün tədbirlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının yaxından iştirak edəcəyi və dəstək göstərəcəyi xüsusilə qonağın diqqətinə çatdırılıb.

Ölkəmizə səfərinin məqsədini açıqlayan Trabzon Ticarət və Sənətkarlar Təşkilatının sədri Ahmet Hamdi rəhbərlik etdiyi təşkilatın azərbaycanlı həmkarları ilə əlaqələrini genişləndirmək niyyətində olduğunu deyib. Bu məqsədlə də cari ilin may ayında Gürcüstan-Azərbaycan sahəvi ticarət heyətinin Azərbaycana səfəri gözlənilir. Bakıda ikigünlük forum keçirmək istədiklərini deyən Ahmet Hamdi Trabzondan mütəxəssislərin və investorların həmin foruma gələcəyini qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının bu tədbirin təşkil edilməsində müvafiq köməklik göstərilməsini istəyib. Bildirib ki, tədbirdə Trabzon və Azərbaycan sahibkarlarının birgə təcrübə mübadiləsi aparması, Azərbaycan regionlarının potensialının öyrənilməsi və birgə layihələrin icrası, eləcə də investisiya qoyuluşu baxımından əhəmiyyətli olacağı nəzərdə tutulur.

Daha sonra Trabzon Ticarət və Sənətkarlar Təşkilatının sədri Ahmet Hamdi Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi başda olmaqla, ASK-nın üzvü olan sahibkarları Trabzon vilayətinə qarşılıqlı əməkdaşlıq üçün səfər etməyə dəvət edib. Bildirilib ki, bundan sonra Trabzon Ticarət və Sənətkarlar Təşkilatı, həmçinin təşkilatın üzvü olan iş adamları ilə azərbaycanlı həmkarları arasında daha intensiv iş aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.