DÜNYA


Trabzonda polis bölməsinə silahlı hücum nəticəsində 2 polis əməkdaşı ölüb

Bakı, 19 iyul, AZƏRTAC

Türkiyənin Trabzon şəhərinin Maçka rayonunda polis bölməsinə silahlı hücum olub.

AZƏRTAC Anadolu Agentliynə istinadla xəbər verir ki, hücum nəticəsində 2 polis işçisi ölüb, 5 əməkdaş və 1 mülki şəxs yaralanıb.

Hadisə yolda yoxlama keçirilən zaman baş verib.

Hazırda hadisəni törədənlərin zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.