DÜNYA


Tramp və Klinton gözlənilən qələbələrini bayram etməyə hazırlaşırlar

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

ABŞ prezidenti postuna Respublika Partiyasının namizədi Donald Tramp seçkilərdə şübhə etmədiyi qələbəsini Nyu-Yorkda bayram etməyə hazırlaşır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Trampın seçki kampaniyasının qərargahı tədbirin noyabrın 8-də axşam saatlarında Manhetten rayonunun mərkəzində yerləşən “Hilton” otelində təşkil olunacağını bildirib. Giriş “yalnız Tramp-Pens kompaniyasının dostları və tərəfdarları üçün dəvətnamələr” əsasında olacaq.

Bir qədər əvvəl Demokratik Partiyanın namizədi Hillari Klintonun qərargahı keçmiş dövlət katibinin seçkiqabağı yarışın başa çatmasını təntənə ilə qeyd edəcəyi barədə məlumat yayıb. Xanım Klinton da tədbiri Manhetten rayonunda – “Jacob Javits” konfrans zalında keçirməyi planlaşdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.