DÜNYA
Trampa qarşı etiraz aksiyasının iştirakçılarından 50 nəfəri saxlanılıb
Vaşinqton, 21 yanvar, AZƏRTAC
Yanvarın 20-də ABŞ Konqresinin binası qarşısında Prezident Trampın inauqurasiya mərasimi ilə eyni vaxtda Vaşinqtonun digər mərkəzi küçələrində yeni seçilmiş prezidentə qarşı kütləvi etiraz aksiyası keçirilib. Qara geyimli nümayişçilər restoranların, bankların, ofislərin və avtomobillərin şüşələrini qırırdı. Etirazçıların bir qisminin əllərində Donald Trampın seçkiqabağı kampaniya zamanı istifadə etdiyi “Amerikanı yenidən böyük dövlətə çevirəcəyik” şüarına cavab olaraq “İrqçiləri yenidən qorxmağa məcbur edəcəyik” şüarı vardı.
Şəhər polisi nümayişçiləri qovmaq üçün gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib. İlkin məlumata görə iğtişaşlarla əlaqədar təqribən 50 nəfər saxlanılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]