İQTİSADİYYAT


“TransCaspian/Translogistica 2017” sərgisində gəmiçiliyin stendi diqqət mərkəzindədir

Bakı, 26 aprel, Elvin Camalov, AZƏRTAC

“TransCaspian/Translogistica 2017” sərgisində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyin stendi diqqət mərkəzindədir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Ekspo Mərkəzində keçirilən “TransCaspian/Translogistica 2017” sərgisində stendlərə baxan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin unikallığı ilə seçilən stendi ilə də yaxından tanış olub.

“AXDG” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsinə layiqli töhfə vermək üçün bütün imkanlarını səfərbər edib.

“TransCaspian/Translogistica 2017” sərgisində gəmiçiliyin stendini ziyarət edənlərə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilir. Eyni zamanda, xüsusi monitorlar vasitəsilə videoçarxlar nümayiş olunur. Bu səbəbdən gəmiçiliyin stendi həm yerli, həm də xarici ziyarətçilərin xüsusi marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.