DÜNYA


Trans-Sakit Okean Tərəfdaşlığına üzv ölkələrin ticarət nazirləri bəyanatla çıxış ediblər

Tokio, 21 may, AZƏRTAC 

Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmanın üzvü olan 11 ölkənin ticarət nazirləri mayın 21-də Vyetnamın paytaxtı Hanoyda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏ) çərçivəsində keçirilən müzakirələr zamanı bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, nazirlər Trans-Sakit Okean Tərəfdaşlığının iqtisadi və strateji əhəmiyyətini yüksək qiymətləndirərək, onun balanslaşdırılmış nəticələr verəcəyini qeyd edirlər.

Bildirilir ki, nazirlər üzv ölkələr və təşkilata yeni qoşulmaq istəyənlər üçün prosesin daha da sürətləndirilməsi məqsədilə razılaşmanın hərtərəfli qiymətləndirilməsinə başlamaq barədə razılığa gəliblər.

Sənəddə, həmçinin qeyd edilir ki, nazirlər ticarət idarələrinin yüksək vəzifəli əməkdaşlarına müvafiq işi ASİƏ-nin cari ilin noyabrında Vyetnamda keçiriləcək sammitinədək başa çatdırmaları barədə göstəriş veriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.